ABŞ və Türkiyə arasındakı bəyanatlar və TRY

13 İyun 2019

ABŞ və Türkiyə arasındakı S-400 gərginliyi, tərəflərin verdiyi bəyanatlar beynəlxalq maliyyə bazarlarında ciddi reaksiyalar oyadır.

ABŞ və Türkiyə arasındakı bəyanatlar və TRY

Bu gün ABŞ və Türkiyə Müdafiə nazirlərinin telefon danışığının nəticələri diqqət mərkəzindədir. Türkiyənin  komissiya yaradılması təklifi qarşısında Amerikanın bu təklifə soyuq münasibəti qalmaqda davam edir. Türkiyə tərəfi komissiya qurulması təklifi qəbul edilməməsi ehtimalını daha yüksək dəyərləndirir.


Birja iştirakçıları bu istiqamətdə önəmli həmlələr görmək istəyir. Və bütün diqqətlər Ərdoğan - Tramp görüşünə yönəlib.


S-400 məsələsindən başqa Türkiyədəki iqtisadi proseslərə diqqət yetirdikdə burda da risklərin olduğu diqqətə çarpır. TCMB-nin nəğd pul kəsrinin may ayında 14,7 milyard lirə olmaqla ilin ilk 5 ayındakı kəsr 67 milyard lirəyə çatdı. İllik hədəflənmiş 80 milyard lirəlik kəsrin 65%-dən artığının ilk 5 ayda xərcləndiyini düşünsək, qalan 6 ayda hədəfin olduqca üzərində büdcə kəsrinin olacağı qaçınılmaz olacaqdır.


Mərkəzi Bankdakı son vəziyyəti nəzərdən keçirsək;


TCMB-nin müvsümü şərtlər ələ alınaraq inflyasiyada eniş gözlədiyini və PPK-nın toplatı protokolunda qida və idxal məhsullarındakı qiymət artımları ilə bağlı risklərdən bəhs etməməsi növbəti aylarda faiz dərəcələrini endirməyə hazırlaşdığını göstərir.


Ancaq onu da qeyd etmək lazımdır ki, PPK-nın iyul toplantısında İstanbul seçkiləri və S-400 məsələsi həlledici rol oynaya bilər. Qeyd edilmiş bu istiqamətlərdə risklilər aradan qalxarsa, TCMB iyulda faizləri endirməyə başlaya bilər.


USD/TRY cütlüyü dünən faiz dəyişikliyinin edilməməsi və ABŞ-da istehlak qiymətləri indeksinin gözləniləndən aşağı açıqlanması səbəbilə  TÜFE’nin 5,7650-ə qədər dəyər itirdi. Ancaq daha sonra terkiyə tərəfindən S-400 məsələsi ilə bağlı verilən bəyanatlar sonrası yenidən 5.82-yə qədər bahalaşdı. Bu gün günün ilk yarısında 5,8460-a qədər bahalaşan USD/TRY cütlüyündə 5,87 müqavimət həddinə qədər bahalaşma davam edə bilər. Bu hədd qırılacağı təqdirdə bahalaşma 6,0 hədlərinin üzərində davam edə bilər. Qısamüddətli periodda  5.87, 6.0, 6.09 səviyyələri müqavimət, 5.75 və 5,64 səviyyələri isə dəstək hədləri olaraq çıxış edir.