ABŞ və Türkiyə Suriya məsələsində razılaşdı

08 Avqust 2019

Suriyanın Türkiyə ilə sərhəddində təhlükəsizlik bölgəsinin yaradılması planları ətrafında Amerika və Türkiyə hökümətləri razılaşdı.

ABŞ və Türkiyə Suriya məsələsində razılaşdı

Bildiyimiz kimi avqustun 5-dən etibarən Suriyanın Türkiyə ilə sərhəddində təhlükəsizlik bölgəsinin yaradılması barədə Milli müdafiə nazirliyində ABŞ nümayəndə heyəti ilə müzakirələr aparılırdı. Türkiyə tərəfindən verilən məlumatda danışıqlarda uzlaşmanın əldə edildiyi deyilir. Milli müdafiə naziri Hulusi Akar Türk və ABŞ hərbi nümayəndə heyətləri arasındakı danışıqların müsbət nəticələndiyini və konstruktiv bir yanaşma aldıqlarını ifadə edərək "Görüşlər zamanı bütün təhlükəsizlik problemlərimizi qaldırdıq. Bu narahatlıqlar barədə fikir mübadiləsi apardıq. Görüşdə həmsöhbətlərimizin fikirlərimizlə uzlaşdığını məmnuniyyətlə qarşıladıq”, deyə əlavə edib.

Bu məsələ ilə bağlı Türkiyə prezidenti R.T.Ərdoğan da ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında açıqlama verərək "Əsas olan Fəratın şərqində addım atmaq idi, bu da oldu", deyə deyib.

Qeyd edək ki, ABŞ-la Türkiyə arasında təhlükəsizlik bölgəsinin yaradılması barədə razılıq əldə edilib. İki ölkə arasında qısa müddət ərzində Ortaq Hərəkət Mərkəzinin yaradılması nəzərdə tutulur.