ABŞ: Venesuela döyüş təyyarələri təhlükə yaradır

22 İyul 2019

ABŞ müdafiə nazirliyi Venesuela döyüş təyyarəsi Amerikanın nəzarət təyyarəsinə təhlükəli formada yaxınlaşdığı xəbərini yayıb.

ABŞ: Venesuela döyüş təyyarələri təhlükə yaradır

Bazar günü verilən açıqlamaya əsasən, beynəlxalq hava məkanında karibik üzərində aqqressiv manevrlər cümə günü EP-3 ABŞ təyyarəsinə və ekipajına təhlükə yaradıb. ABŞ təyyarələri isə beynəlxalq səviyyədə tanınan və təsdiqlənən vəzifələrini icra edirdilər. 

Qeyd etmək lazımdır ki, ABŞ ilə Venesuela hakimiyyətləri arasında davam edən siyasi böhran dünya ticarətinə də mənfi təsir edir, xüsusilə də enerji birjalarında neftin hasilatında vaxtaşırı fasilələr yaranır.