ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq etdi

06 Avqust 2019

Mərkəzi Amerikada siyasi risklərin artması qlobal iqtisadiyyata da mənfi təsir edir, inkişaf etməkdə olan ölkələrin dövriyyəsi azalır.

ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ höküməti Venesuela hökümətinin aktivlərini dondurub. Ağ evin məlumatına əsasən, prezident Donald Tramp bazar ertəsi bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Venesuel hökümətinin Amerikadaki bütün mülklərinə əlçatanlıq dayandırılıb. 

Bu addım prezident Nikolas Maduronun "hakimiyyəti qeyri-qanunla əldə edilməsinə davam etməsi" ilə əlaqələndirilir. Maduro hakimiyyəti insan haqlarını pozur, media azadlığını boğur və özü təyin olunmuş müvəqqəti prezindent Xuan Quaydonu və demokratik yolla seçilən milli məclisi zəiflətməyə çalışır. 

Qeyd etmək lazımdır ki, aylardır davam edən Maduro ilə Quaydo arasında hakimiyyət mübarizəsi ərzində ABŞ hakimiyyətə və ətrafına qarşı bir sıra sanksiyalar tətbiq edib. Əksər ölkələrin isə Quaydonu artıq müvəqqəti dövlət başçısı qəbul etməsinə baxmayaraq, Maduro hakimiyyətdə qalmaqdadır.