ABŞ "WTO"-nun fəaliyyətini məhdudlaşdırdı

11 Dekabr 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika hökümətinin yeni siyasi addımları qlobal iqtisadi riskləri artıra və münasibətləri korlaya bilər.

ABŞ "WTO"-nun fəaliyyətini məhdudlaşdırdı

Amerika höküməti ölkəsini iqlim, İran-nüvə sazişindən və BMT-nin insan haqları şurasından xaric etdikdən sonra Dünta Ticarət Təşkilatına da (ing.: "WTO") məhdudiyyət tətbiq edib. 

Belə ki, ABŞ təşkilatın şikayət məhkəməsinə yeni hakimin təyin olunmasını dayandırıb və bu, təşkilatın əsas instansiyasıdır. Çinin xarici işlər nazirliyi isə hadisəni pisləyib. 

Qeyd etmək lazımdır ki, çərşənbə günündən etibarən qərarlar üçün lazım olan üç önəmli hakimlərdən ikisinin mandatı bitib və çinli hakim Honq Çao tək başına qərar vermək səlahiyyətinə malik deyildir.