ABŞ: Xərclər və gəlirlər proqnozlaşdırıldığı artıb

30 İyul 2019

ABŞ-da şəxs ev təsərrüfatlarının xərc və gəlirləri iyun ayında proqnozlaşdırıldığı kimi artıb.

ABŞ: Xərclər və gəlirlər proqnozlaşdırıldığı artıb

ABŞ-ın ticarət nazirliyinin çərşənbə axşamı verdiyi rəsmi məlumatlara əsasən, gəlirlər aylıq müqayisədə 0.4% artıb. Maliyyə bazarlarında sözügedən səviyyə proqnozlaşdırılırdı. İstehlak xərcləri isə 0.3% artıb və bu göstərici də ehtimalları doğruldub. 

İnflyasiya isə proqnozlaşdırılandan zəif yayımlanıb. Amerika mərkəzi bankının (FED) üstünlük verdiyi inflyasiya göstəricisi şəxsi xərclərin qiymət indeksi iyun ayında illik müqayisədə 1.4% yüksəlib. Mütəxəssislər isə 1.5%-lik artım proqnozlaşdırırdılar. Aylıq müqayisədə isə göstərici 0.1% artıb. 

Yuxarıdakı inflyasiya göstəricisinin baza hissəsi isə illik müqayisədə 1.6% artıb. Burada da mütəxəssislər 1.7%-lik yüksəliş ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, FED 2%-lik inflyasiya hədəfləyir. Maliyyə bazarlarında isə çərşənbə günü mərkəzi bankın faiz azaldılmasına gedəcəyini ehtimal edirlər.