ABŞ xidmət sektorunda aktivlik son 8 ayın minimumunda

03 Aprel 2019

Amerikanın xidmət sektoruna dair açıqlanan önəmli fundamental göstəricilər proqnozlaşdırılandan da zəif açıqlanıb.

ABŞ xidmət sektorunda aktivlik son 8 ayın minimumunda

Təchizat idarəetmə institutunun (ing.: "ISM") xidmət sektorunda işgüzar aktivliyi ölçən indeksi mart ayında 56.1 punkta kimi 3.6 punkt azalaraq, avqust ayından etibarən son 8 ayın minimum səviyyəsinə yüksəlib. İqtisadçılar isə yalnız 58.1 punkta kimi azalma proqnozlaşdırırdılar. 


Göstərici sahibkarlar arasında müxtəlif mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.