ABŞ yaxın şərqə əlavə 1000 əsgər göndərir

18 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın yaxın şərqə əlavə ordu göndərməsi qlobal siyasi risklərin artmasına təsir edə bilər.

ABŞ yaxın şərqə əlavə 1000 əsgər göndərir

ABŞ prezidenti Donald Tramp İran ilə münasibətlərin gərginləşdiyi bir dövrdə yaxın şərqə təqribən 1000 əlavə əsgər göndərib. ABŞ-ın müdafiə naziri müavini Petrik Şanahan bazar ertəsi əsgərlərin müdafiə məqsədilə göndərildiyini məlumat verib. "Amerika Birləşmiş Ştatları İran ilə münaqişəyə cəhd etmir", deyə Şanahan əlavə edib. 


Qeyd etmək lazımdır ki, ABŞ cümə axşamı Oman körfəzində iki neft tankerinə olan hücum ilə əlaqədar İranı günahlandırmışdı. Tehran tərəfi isə bunu təkzib edib. Əksər Avropa birliyi xarici işlər naziri isə bazar ertəsi açıqlamalarında ABŞ-ın təhdidləri fonunda məsuliyyət daşımadıqlarını bəyan ediblər.