ABŞ: Yeni vergi qanunu son anda maneə ilə qarşılaşıb

20 Dekabr 2017

ABŞ konqresində yeni vergi qanunun qəbulu səs verməsinin yenidən keçirilməsi qərara alınıb.

ABŞ: Yeni vergi qanunu son anda maneə ilə qarşılaşıb

Respublikaçılar partiyasının parlamentə təqdim etdikləri yeni vergi qanunun qəbulu zamanı son anda çətinliklə qarşılaşıblar. Belə ki, ABŞ konqresinin birinci palatası qanunda bir neçə mübahisəli hissələrin olması səbəbindən, yenidən səs vermə keçirməli olacaqdır. 

Konqresin Nümayəndələr Palatası yeni qanunu çərşənbə axşamı qəbul edib, Senata göndərsə də, parlamentin məsləhətçisi üç pasajın Senatın prosedur qaydalarına zidd olduğunu aşkar edib. Bununla bağlı senator Berni Saners məlumat verib. 

Gözləntilərə əsasən, sözügedən bölmələrin ləğv edilməsi ilə Bakı vaxtı ilə çərşənbə günü Senatda səs vermə keçirilə bilər. Qanun Konqresdən keçərsə, bu, Donald Trampın ilk böyük işi olacaqdır və bununla da, əsas seçki vədini yerinə yetirmiş olacaqdır. 

Qeyd etmək lazımdır ki, ABŞ Konqresi iki palatadan ibarətdir: Senat və Nümayəndələr Palatası. Senatdan da keçməsi gözlənilən layihə, son mərhələ olaraq ABŞ Prezidenti Donald Trumpın imzasına təqdim olunacaqdır.