ABŞ: Yeni vergi qanunun qəbulu öncəsi dollar ucuzlaşır

20 Dekabr 2017

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti yeni vergi qanununun qəbulu öncəsi cari həftə ərzində 0.7% ucuzlaşıb.

ABŞ: Yeni vergi qanunun qəbulu öncəsi dollar ucuzlaşır

Maliyyə bazarlarında qanunun cari həftə konqresdən keçəcəyi gözlənilsə də, qeyri-müəyyənlik dolları təzyiq altında saxlamaqdadır. Nəticədə EUR/USD məzənnəsi də 1.18$-ın üzərində ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, 1.1890 və 1.1960$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 3.83-3.85TL aralığında ticarət edilməkdədir. Lakin təhlillərə əsasən burada da qiymətin 3.85TL-nin altında ticarət edilməsi, 3.80TL-ə kimi də ucuzlaşa biləcəyi proqnozlarını gücləndirir.

Neft qiymətləri bahalaşmaqda davam edir. 

Enerji bazarlarında Avropanın Brent markalı neftin qiyməti 64$-a doğru bahalaşmaqda davam edir. Qiymət 63.60$-ın üzərində qaldıqca, 65.69-a kimi də dəyər qazana bilər.