"ADP": ABŞ-da məşğulluq proqnozlaşdırılandan az artıb

06 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Amerika iqtisadiyyatına dair açıqlanan mənfi göstəricilər arasında məşğulluq səviyyəsi də yer alır.

"ADP": ABŞ-da məşğulluq proqnozlaşdırılandan az artıb

ABŞ-da özəl sektorda məşğulluq səviyyəsi fevral ayında zəif artıb. Amerikanın əmək bazarında internet texnologiyaları sahəsində ixtisaslaşan kommersiya təşkilatının (ing.: "Automatic Data Processing, ADP") açıqladığı məlumatlara əsasən, ABŞ-da qeyri-kənd təsərrüfatı sahələrində məşğulların sayı fevral ayında 183 min nəfər artıb. 


Mütəxəssislər isə məşğulların sayında yalnız 189 min nəfər artım proqnozlaşdırırdılar. Yanvar ayında isə bu göstərici 300 min nəfər olmuşdu. 


ABŞ hökümətinin əmək bazarına dair rəsmi statistikası isə cümə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır. "ADP" göstəriciləri isə gözləntiləri formalaşdırmaq üçün önəmli hesab edilir.