ADP: ABŞ-da məşğulluqda artım ehtimal edilir

03 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Amerika iqtisadiyyatına dair açıqlanacaq göstəricilər arasında məşğulluq səviyyəsi də yer alır.

ADP: ABŞ-da məşğulluqda artım ehtimal edilir

ABŞ-da özəl sektorda məşğulluq səviyyəsində mart ayında zəif artım proqnozlaşdırılır. Amerikanın əmək bazarında internet texnologiyaları sahəsində ixtisaslaşan kommersiya təşkilatının (ing.: "Automatic Data Processing, ADP") açıqlanacaq məlumatlara əsasən, ABŞ-da qeyri-kənd təsərrüfatı sahələrində məşğulların sayında mart ayında 183 mindən 184 minə artım proqnozlaşdırılır.  ABŞ hökümətinin əmək bazarına dair rəsmi statistikası isə cümə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır. "ADP" göstəriciləri isə gözləntiləri formalaşdırmaq üçün önəmli hesab edilir.