ADP-nin hesabatı dollar indeksdə artıma səbəb oldu

30 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında ADP göstəricinin gözləniləndən yaxşı açıqlanmasından sonra dolların qiymətləri bahalaşmağa başlayıb.

ADP-nin hesabatı dollar indeksdə artıma səbəb oldu

ADP hesabatından sonra dollar indeksində (DXY) artım trendi gücləndi. Belə ki, ABŞ-da qeyri-kənd təsərrüfatında ADP-nin hesabatına əsasən, məşğulların sayında 180 min nəfər artım gözlənilirdisə, məşğulların sayında 213 min nəfər artım olub. 


Göstəricinin bu cür dərc olunması, bu həftənin cümə günü ABŞ-da qeyri-kənd təsərrüfatında yaradılan yeni iş yerlərinin çoxala biləcəyi ehtimallarını artırır.


Göstərici dərc olunduqdan sonra EUR/USD valyuta cütlüyü üzrə qiymət 1.1440$ səviyyəsindən 1.1405$ səviyyəsinədək ucuzlaşdı. Qiymətin növbəti hədəfi 1.1390$ səviyyəsi ola bilər. Qiymət bu səviyyəni qırarsa, EUR/USD məzənnəsi 1.1330$ səviyyəsinədək ucuzlaşa bilər. Qiymətin 1.1450$ səviyyəsinin yuxarı istiqamətdə qırması isə yenidən artım trendinə başlamasına səbəb ola bilər.