Ağ ev: ABŞ ilə Çin arasında razılığa qədər yol uzundur

08 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında cümə axşamı Lerri Kadlou tərəfindən verilən açıqlamalardan sonra ticarət böhranın həll olunacağı ümidləri azalıb.

Ağ ev: ABŞ ilə Çin arasında razılığa qədər yol uzundur

Dünya maliyyə bazarlarında ABŞ ilə Çin arasında hökm sürən ticarət böhranının yaxın gələcəkdə həll olunacağı ümidləri azalıb. Ağ evdə iqtisadi məsələlər üzrə müşavir Lerri Kadlou ABŞ ilə Çin arasında kifayət qədər uzun məsafənin olması haqqında danışıb. 


Müşavirin sözlərinə görə, hökümət Çin ilə ticarət müqaviləsinin imzalanmasına ümid edir. Lakin buna kimi çox iş görülməlidir: "Prezident razılığın əldə olunmasında nikbin olduğunu, lakin qarşıda uzun yolun olduğunu bildirmişdi".