Ağ ev: Avropa gömrük rüsumlarından müvəqqəti azaddır

01 May 2018

Ağ evin bazar ertəsi yeni gömrük rüsumları ilə bağlı imzaladığı bəyannamədə Avropa ölkələrinə tətbiq edilən güzəştin müddəti uzadılıb.

Ağ ev: Avropa gömrük rüsumlarından müvəqqəti azaddır

ABŞ prezidenti Donald Tramp dəmir (25%) və alüminiuma (10%) qoyulan gömrük rüsumlarınin tətbiqi güzəştinin müddətini Avropa ölkələri üçün iyun ayının 1-ə kimi uzadıb. Bununla bağlı bazar ertəsi Ağ ev məlumat verib. Bununla yanaşı, güzəştlər Meksika və Kanadaya da aid edilib. Planlaşdırılan dövrün uzadılması isə istisna edilib və bu müddətə kimi razılaşmaların əldə edilməsi tələb olunur.


Cənubi Korea ilə azad ticarət müqaviləsi daxilində birdəfəlik həll yolu müzakirə edilir. Argentina, Braziliya və Avstraliya ilə isə ümumi prinsiplər razılaşdırılıb ki, iyun ayının 1-ə kimi tamamlanması gözlənilir. 


Ağ ev açıqlamasında bildirir ki, danışıqlarda əsas məqsəd kvotaların müəyyən olunması ilə idxalın məhdudlaşdırılması, üçüncü ölkələrdən transit daşımaların qarşısının alınması və milli təhlükəsizliyin təmin olunmasıdır. 


Qeyd etmək lazımdır ki, bazar ertəsindən etibarən avro və funt sterlinqin dollara nisbətən qiymətləri ucuzlaşır.