Ağ ev: İrandan neft idxalı artıq hamıya qadağandır

22 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün ABŞ-dan böyük maraqla gözlənilən xəbər rəsmi təsdiqini tapdı və enerji birjalarında neft təklifi azala bilər.

Ağ ev: İrandan neft idxalı artıq hamıya qadağandır

May ayının əvvəlindən etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi neft sanksiyaları hər ölkəyə istisnasız tətbiq ediləcəkdir. Bu haqda açıqlamanı Ağ ev bazar ertəsi verib. Vaşinqton noyabr ayında İrana qarşı bugünə kimi ən sərt iqtisadi sanksiya tətbiq etməyə başlayıb. 


Lakin səkkiz dövlətə altı ay ərzində İrandan neft idxal etməyə imkan vermişdi. Bu dövlətlər İranın önəmli neft ixracı tərəfdaşlarıdır: Çin, Yaponiya, Hindistan, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan. 


Beləliklə, ABŞ İranın neft gəlirlərini sıfıra kimi azaltmaq istəyir. 


Qeyd etmək lazımdır ki, İranın sanksiyalara kimi gündəlik neft hasilatı (2.3 milyon barel) dünya bazarlarında tələbatın 5%-ini ödəyirdi.