Ağ Ev: Milli təhlükəsizlik müşaviri istefaya göndərildi

11 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın sərt xarici siyasətini müdafiə edən müşavirin istefası siyasi dialoqların yumşala biləcəyinə işarədir.

Ağ Ev: Milli təhlükəsizlik müşaviri istefaya göndərildi

ABŞ prezidenti Donald Tramp gözlənilmədən milli təhlükəsizlik müşaviri Con Boltonu istefaya göndərib. Prezident qərarını fikir ayrılığı ilə əsaslandırıb. 

Tramp çərşənbə axşamı Tvitter hesabında "Onun əksər təklifləri ilə mən və digər adminstrasiya üzvləri razı deyildik. Bu səbəbdən də ondan istefasını xahiş etdim", deyə status paylaşıb. Yeni müşavirini isə gələn həftə açıqlayacaqdır. 

Qeyd etmək lazımdır ki, keçmiş aylar ərzində Tramp və Bolton arasında Amerikanın Əfqanistan, İran və Şimali Koreya ilə bağlı siyasəti fonunda fikir ayrılıqları müşahidə edilirdi. Bolton Trampın hakimiyyəti dövründə üçüncü müşavir olub və sərt xarici siyasəti ilə seçilirdi.