Al-Falih: "OPEC+" razılaşmasının uzadılması dəqiq deyil

08 Aprel 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərinin yenidən ucuzlaşa biləcəyinə təsir edə bilən xəbər Səudiyyə Ərəbistanının enerji nazirindən gəlib.

Al-Falih: "OPEC+" razılaşmasının uzadılması dəqiq deyil

Səudiyyə Ərəbistanının enerji naziri Xalid Al-Falih ölkəsinin əlavə hasilat azaldılmasına getməyə ehtiyaclarının olmadığını deyib. 


Neft ehtiyatlarının stabilləşməsinə baxmayaraq, onların daha da azaldılmasının önəmliyini bildirən Səudiyyə Ərəbistanının enerji naziri, "OPEC+" razılaşdırılmasının uzadılması haqqında danışmağın da tez olduğunu əlavə edib. 


Xalid Al-Falih "OPEC+"-un may ayında idarə heyəti toplantısının (ing.: "JMMC") hasilat səviyyəsinin uzadılması qərarı fonunda önəmli olacağını da bildirib. 


Neft bazarlarında qiymətlərin tarazlığını tapdığı bir vaxtda "OECD" ölkələrində tələbin dayanması, ABŞ-da isə artımın müşahidə edilməsi də diqqətə çatdırılıb.