Albayrak: Maliyyə sektorunda ciddi islahatlar olacaq

10 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında son günlər böyük maraqla gözlənilən yeni iqtisadi islahat paketi fonunda Berat Albayrak açıqlamalar edib.

Albayrak: Maliyyə sektorunda ciddi islahatlar olacaq

Xəzinə və maliyyə naziri Berat Albayrak "Yeni iqtisadi proqramı infrastruktur dəyişikliklər addımları 2019" fonunda açıqlamalar edib.


İslahatların əsas hissəsinin maliyyə sektorunun olduğunu bəyan edən nazir, kommersiya banklarının saxladıqları ehtiyatlarının investisiyalara istiqamətləndirəcəklərini bildirib. Bu baxımından dövlət banklarının investisiyaları da artırılacaqdır.


Dövlət banklarının investisiya həcmlərinin və likvidliklərinin artırılması istiqamətində isə Albayrak, maliyyə nazirliyinin emissiya edəcəyi təqribən 28 milyard lirəlik dövlət istiqrazlarının da bu banklara istiqamətləndirilməsinin planlaşdırıldığını deyir. 


Bununla yanaşı, ölkədə enerji, inşaat və ixrac istiqamətli istehsal sektorlarının da kreditlərə çıxışın təmin edilməsi üçün işlər görüləcəkdir.