Almaniya, Fransa, İtaliya və Avrozona üzrə göstəricilər

29 Noyabr 2019

Avro, Funt və Lirə üzrə proqnozlar özünü qorumaqdadır və bu gün bazarlara təsir edə biləcək əlavə göstəricilərin də dərci diqqət mərkəzindədir.

Almaniya, Fransa, İtaliya və Avrozona üzrə göstəricilər

Avro, Funt və Lirə üzrə ucuzlaşma proqnozları. 

Beynəlxalq valyuta birjalarında Şükran bayramı münasibətilə Amerikada ticarətin iki gün bağlı olması, ticarət aktivliyinin azalmasına səbəb olub. Belə ki, EUR/USD, GBP/USD və USD/TRY məzənnələri cari həftənin maksimum və minimum səviyyələri aralığında dalğalanmaqdadırlar. 

Lakin avro, funt və lirə üzrə ucuzlaşma proqnozları da aktuallıqlarını qorumaqdadır. Belə ki, Avropa Mərkəzi Bank sədrinin sonuncu açıqlamaları və cümə axşamı Almaniyanın inflyasiyaya dair dərc edilən mənfi göstəriciləri bazarlara təsir edən əsas amillərdir. 

Almaniya, Fransa, İtaliya və Avrozona üzrə önəmli göstəricilər dərc ediləcəkdir

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00-da Almaniyanın pərakəndə satış və saat 1-ə qalmış əmək bazarı ilə bağlı məlumatlar da yayımlanacaqdır. Saat 12-ə qalmış Fransadan, 2-də isə İtaliya və Avrozona üzrə açıqlanacaq inflasiya ilə bağlı göstəricilər də diqqət mərkəzindədir. 


Brent neftində korreksiya. 

Enerji birjalarında də Brent neftinin qiyməti isə 65$-a kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb və qiymət 64$-ın altında qaldıqca, korreksiya 62$-a kimi dərinləşə bilər. 

Neft qiymətlərində ucuzlaşma Amerika ilə Çin arasında müsnibətlərin yenidən pisləşə biləcəyi ehtimallarıdır.