Almaniya: İnkişaf proqnozları 2.6%-dən 1.8%-ə salındı

19 İyun 2018

Almaniya iqtisadiyyatında zəif biznes mühiti və xarici bazarlardan gələn risklər fonunda inkişaf tempi təzyiq altındadır, avro təzyiq altındadır.

Almaniya: İnkişaf proqnozları 2.6%-dən 1.8%-ə salındı

İqtisadi araşdırmalar institutu "Ifo" (Almaniya, Münxen) cari il üzrə Almaniyada daha aşağı iqtisadi inkişaf tempi proqnozlaşdırır. İnstitutdan Timo Volmershauzer çərşənbə axşamı Berlində açıqlaması zamanı iqtisadiyyatın birinci rübdə gözlənildən çox zəif inkişaf etdiyini bildirib. 


Belə ki, 2018-ci il üzrə ilin əvvəlində 2.6%-lik inkişaf proqnozlaşdırılırdısa, bu, 1.8%-ə kimi azaldılıb. 2019-ci il üzrə ehtimallar da 2.1%-dən 1.8%-ə düşürülüb. Müqayisə üçün 2017-ci ildə inkişafın 2.2% olduğunu qeyd edilməlidir. 


Volmershauzer Almaniya iqtisadiyyatı üçün ciddi risklərin olduğu əlavə edib. Burada söhbət zəif biznes mühiti və xarici ticarət ilə bağlı risklərdən gedir. Lakin bütün bunlara baxmayaraq, 2017-ci il səviyyəsində olmasa da, inkişafın davam edəcəyi gözlənilir. 


Qeyd etmək lazımdır ki, Avrozonada iqtisadi inkişaf tempinin zəif olduğu bir vaxtda, Avropa Mərkəzi Bankının da maliyyə dəstəyini dayandırması planları avronun ucuzlaşmasına səbəb olub.