Almaniya: İnkişaf yazda zəifləyə bilər

20 May 2019

Beynəlxalq maliyyə bazarlarında Almaniyanın iqtisadiyyat naziri və bundesbankı tərəfindən açıqlanan hesabatları investorların diqqət mərkəzində.

Almaniya: İnkişaf yazda zəifləyə bilər

Almaniya mərkəzi bankı cari ilin əvvəlində iqtisadiyyatda müşahidə edilən inkişaf sürətinin yaz aylarında təkrarlanmayacağını açıqlayıb. 


Bundesbankın bazar ertəsi yayımlanan hesabatında qış aylarında fərqli xüsusi amillər ilə nail olunan inkişaf sürətinin keçilməyəcəyi vurğulanıb. ÜDM ilk üç ay ərzində 0.4% artmaqla keçən ilin fasiləsinə son qoymuşdu. Buna səbəb kimi isə tikinti bumu və istehlakın artması göstərilirdi. 


İqtisadiyyat nazirliyinin inkişaf sürətinin bərpa olunmasına rəğmən tendensiyanı dayanıqlı hesab etmir və bu fikiri bundesbank da paylaşıb. Belə ki, tikinti və sənaye sektorlarında geriləmə proqnozlaşdırılır.