Almaniya: İqtisadi əhval-ruhiyyə son 4 ilin minimumunda

22 Fevral 2019

Dünyada siyasi və iqtisadi risklər Almaniyaya da mənfi təsir göstərməkdə davam edir. Almaniya iqtisadiyyatı üzrə gözləntilər indeksi zəifləməkdədir.

Almaniya: İqtisadi əhval-ruhiyyə son 4 ilin minimumunda

Almaniyada iqtisadi əhval-ruhiyyə ilin əvvəlindən pisləşməkdə davam edir. Almaniyada iqtisadi araşdırmaçılar tərəfindən hazırlanan "Ifo" indikatoru, fevral ayında 99.3 punktdan mənfi 98.5 punkta kimi zəifləyib. Bu isə 2015-ci ildən etibarən ən aşağı səviyyə hesab edilir. 


Qeyd etmək lazımdır ki, Avrozona üzrə göstərici sonuncu dəfə 2014-ci ildən etibarən ilk dəfə sıfırın altına düşmüşdü. 


Fransa və Belçikadan olan mütəxəssislər iqtisadi inkişafı daha çox bədbin qiymətləndirirlər. Açıqlamada bildirilmişdi ki, Fransada gözləntilər azalıb və bu, ölkədə prezident Makrona qarşı iğtişaşlarla əlaqələndirilir. İtaliyada isə vəziyyət yenidən çətinləşib və Avropa ölkələri arasında ən pis göstərici ilə qiymətləndirilib. Lakin gələcək gözləntilər pisləşməyib. Almaniyda da aşağı mənfi tendensiyadan təsirsiz qalmayıb. 


Mütəxəssislər gələcək ixrac potensialı, investisiyalar və özəl istehlak fonunda daha çox narahatdırlar.