Almaniya iqtisadi siyasəti fonunda tənqidlər artıb

22 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Almaniya iqtisadiyyatında önəmli yer tutan orta təbəqəni təmsil edən təşkilatlar səslərini qaldırıblar.

Almaniya iqtisadi siyasəti fonunda tənqidlər artıb

Almaniya iqtisadiyyatı fonunda tənqidi fikirlər yenidən artıb. Belə ki, Almaniyanın tekstil və moda sənayesi assosasiyasının prezidenti və Almaniyanın sənaye təşkilatının vitse sədri İnqeborq Noyman mətbuata açıqlamasında bildirib ki, orta təbəqəni tərifləməklə yanaşı yaxşı praktiki şərait də qurulmalıdır. "Getdikcə artan bürokratiya, tələblər. Biz yaxşılaşma görmürük", deyə sədr prezidenti vurğulayıb. 


Hökümətin iqtisadi inkişaf proqnozlarını aşağı korreksiya etməsi xəbərdarlıqdan daha çox "həyəcan siqnalıdır". Orta təbəqə qlobal fəaliyyət göstərir və rəqabətdədir. Lakin Almaniya ən bahalı ölkələr sırasındadır. "Əmək haqları yüksək, enerji qiymətləri getdikcə artır və ən yüksək vergi kovtası hökm sürür. Güzəştlərə ehtiyac var və bürökratiya azaldılmalıdır ", deyə Noyman əlavə edib. 


Qeyd etmək lazımdır ki, Almaniya bu il yalnız 0.5% inkişaf gözləyir.