Almaniya: Körfəzdə müharibə təhlükəsindən narahatıq

19 İyun 2019

Almaniyadan son zamanlar ABŞ ilə İran arasında tankerlərə hücum fonunda yaranan siyasi böhranın təhlükəli olmasına dair açıqlamalar gəlib.

Almaniya: Körfəzdə müharibə təhlükəsindən narahatıq

Almaniyanın xarici işlər naziri Hayko Maas Parisdə çıxışı zamanı İran böhranı ətrafında gərginliyin artması fonunda xəbərdarlıq edib. "Vəziyyət olduğu kimi ciddidir. Körfəzdə müharibə təhlükəsi nəzarətdə deyil", deyə nazir Fransada baş tutan konfransda çıxışı zamanı deyib. 


Maas fransalı həmkarı Jan-İv Le Drio ilə Almaniya-Fransa ümumi mövqelərinin olduğunu vurğulayıb. Amerika daxil olmaqla, hər tərəf ilə müzakirələr aparılır. "Birinci Diplomatiya" (ing.: "Diplomacy first") qaydası əsasdır. "Biz narahatıq. Vaxtımız da var", deyə Le Drio əlavə edib.