Almaniya Məhkəməsi: AMB səlahiyyətlərini aşıb

05 May 2020

Almaniyada Avropa Mərkəzi Bankının dövlət istiqrazlarının alışı proqramının qanuna zidd elan edilməsi investorların diqqət mərkəzində.

Almaniya Məhkəməsi: AMB səlahiyyətlərini aşıb

Almaniya Ali Konstitusiya Məhkəməsi Avropa Mərkəzi Bankının (AMB) QE proqramı çərçivəsində dövlət istiqrazlarının alışını (2.2 trilyon avro) qanuna zidd olduğu qərarını verib. Məhkəmə tərəfindən verilən qərarda bu fəaliyyətə Almaniya hökümətinin və parlamentinin də sakit qaldığı vurğulanıb.

Beləliklə, Almaniya məhkəməsi tarixdə ilk dəfə olaraq Avropa qurumlarının qərarlarının səlahiyyətlərini aşdığını müəyyən edib. Qərar Almaniya Mərkəzi Bankına AMB-nin proqramlarında iştirakına qadağa qoya bilər. Bu, AMB-nin imkanlarını azaldır və COVİD-19 mənfi iqtisadi təsirlərlə mübarizədə AMB-nin son 750 milyard avroluq proqramına da mənfi təsir edə bilər. Bundesbankın AMB-də 26% ilə ən böyük paya sahibdir. 

Qeyd etmək lazımdır ki, 2018-ci ilin dekabr ayında Avropa Məhkəməsi çox saylı tənqidlərə baxmayaraq, AMB-nin 2015-ci ilin mart ayından 2018-ci ilin sonuna kimi həyata keçirilən 2.6 trilyon avro dəyərində dövlət istiqrazları alışı proqramını qanuni qəbul etmişdir. Almaniya Mərkəzi Bankı isə AMB-nin 26% ilə ən böyük pay sahibidir.