Almaniya iqtisadiyyatı zəifləyib

22 May 2018

Almaniya Mərkəzi Bankının aylıq hesabatında birinci rüb ərzində müşahidə edilən qrip xəstəliyinin ölkə iqtisadiyyatına mənfi təsir etdiyi göstərilib.

Almaniya iqtisadiyyatı zəifləyib

Almaniya Mərkəzi Bankı (alm.: "Bundesbank") Almaniya iqtisadiyyatında müşahidə edilən sonuncu artım dinamikasının zəiflədiyini bildirib. "Bundesbankın" çərşənbə axşamı verdiyi məlumata əsasən, keçmiş rüblər ərzində güclü iqtisadi inkişafdan sonra ümumi iqtisadiyyatda aktivlik cari ilin ilk rübündə zəifləiyib. Lakin mütəxəssislər Almaniyada güclü iqtisadi inkişafın davam edəcəyini proqnozlaşdırırlar. 


Almaniya iqtisadiyyatına yanvar mart ayları ərzində xüsusi amillər mənfi təsir edib. Hesabatda qrip xəstəliyinin geniş yayılması səbəbilə iqtisadiyyatın zərər çəkdiyi göstərilib. 


"Bundesbank" gələcək aylara nikbin baxır: "Qış aylarında Almaniya iqtisadiyyatında güclü inkişaf ikinci rübdə də müşahidə edilə bilər. Burada sifariş dövriyyəsinin artmasının xüsusi rol oynayacağı gözlənilir". 


Əmək bazarında da vəziyyət müsbət qiymətləndirilir. İmmiqrasiya və yerli əhalinin məşğulluq səviyyəsinin artması, iş yerlərinin də artmasına təsir edir. 


Bununla yanaşı, dünya iqtisadiyyatında mövcud olan mənfi risklər də Almaniya iqtisadiyyatına təsir edə bilər.