Almaniya: Pərakəndə satış dövriyyəsi daha sürətlə artır

06 Yanvar 2020

Almaniyada pərakəndə satış dövriyyəsi noyabrda proqnozlaşdırılandan daha sürətlə artıb.

Almaniya: Pərakəndə satış dövriyyəsi daha sürətlə artır

Almaniyanın statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə pərakəndə satış dövriyyəsi noyabrda 2.1% artıb. Sentyabrda 1.3%-lik azalmadan sonra mütəxəssislər yalnız 1.1%-lik artım proqnozlaşdırırdılar. 

Beləliklə, illik artım dinamikası da 1.4%-dən 2.8%-ə yüksəlib. Burada isə mütəxəssilər 0.9%-ə kimi azalma ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, pərakəndə satış dövriyyəsində artım daxili bazarın inkişafına və inflyasiyanın arta biləcəyinə işarədir.