Almaniya: Ticarətdə gəlirlər son 19 ilin minimumunda

09 İyun 2020

Almaniyanın ticarətdən gəlirləri azalmaqda davam edərək, son 19 ilin minimumuna düşüb.

Almaniya: Ticarətdə gəlirlər son 19 ilin minimumunda

Almaniyanın statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, aprel ayında ixrac 24, idxal isə 16.5% azalmaqla, ticarət balansından müsbət saldo 3.2 milyard avroya düşüb. 

Mütəxəssislər isə ixracın 15.6, idxalın 16, müsbət balansın isə yalnız 10 milyard avroya düşəcəyini proqnozlaşdırmışdır. 

Qeyd etmək lazımdır ki, sonuncu dəfə bundan aşağı göstərici 2001-ci ilin noyabrında yayımlanmışdır.