Almaniya ticarətində müsbət saldosu 1.4 milyard azalıb

11 Mart 2019

Almaniya iqtisadiyyatına dair açıqlanan önəmli fundamental məlumatlar proqnozlardan zəif açıqlanıb və bu, avroya mənfi təsir edə bilər.

Almaniya ticarətində müsbət saldosu 1.4 milyard azalıb

Bu gün Bakı vaxtı ilə saat 11:00-da Almaniyanın ticarət dövriyyəsi ilə bağlı statistik rəqəmlər dərc edildi. 


Ticarət balansının yanvar ayı ilə müqayisədə 1.3 milyard avro artaraq 21.2 milyard təşkil ediləcəyi ehtimal edilsə də proqnozlar öz təsdiqini tapmadı.


Belə ki, ticarət dövriyyəsi 1.4 milyard avro azalaraq, 18.5 milyard avro təşkil etdi. Bu isə avrounun maliyyə bazarlarında bir qədər də ucuzlaşmasına təsir edə bilər.