Almaniya üzrə inkişaf proqnozları aşağı salındı

11 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Almaniya iqtisadiyyatına dair mənfi xəbərlər, avronun ucuzlaşmasına səbəb ola bilər.

Almaniya üzrə inkişaf proqnozları aşağı salındı

Dünya iqtisadiyyatı üzrə İnstitut (alm.: "IfW") və "DIW" iqtisadiyyat institutu çərşənbə günü Almaniya iqtisadiyyatında inkişaf üzrə proqnozlarını 2019 üçün azaldıblar. 

"IfW" məlumatına əsasən, Almaniya iqtisadiyyatı cari il ərzində 0.4% böyüyəcək. Bu göstərici 0.6% idi. 2020-ci ildə isə 1.6% yox, 1%-lik artım proqnozlaşdırılır. 

Açıqlamada iqtisadiyyatın üçüncü rübdə 0.3% azalacağı ehtimal edilir. 

"DIW" institutu isə bu il Almaniya iqtisadiyyatında 0.9%-lik yoc, 0.5%-lik artım ehtimal edir. 2020-ci il üzrə proqnozlar da 1.7%-dən 1.4%-ə salınıb. 

Bununla yanaşı, gələn il iqtisadiyyata sazişsiz Breksitin mənfi təsir edə biləcəyi gözlənilir. Bu baş verərsə, 2020-ci ildə iqtisadi inkişaf əlavə olaraq, 0.4% azala bilər.