Almaniya və Avrozonada iqtisadi bədbinlik azalır

19 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən önəmli fundamental məlumatlar proqnozlardan yaxşı açıqlanıb.

Almaniya və Avrozonada iqtisadi bədbinlik azalır

Avropa iqtisadiyyatının araşdırılması mərkəzinin (alm.: "ZEW") Almaniya və Avrozona üzrə iqtisadi inkişaf proqnozu indeksi açıqlanıb. 


Məlumatlara əsasən, Almaniya üzrə "ZEW" iqtisadi mənfi 15.0 punktdan mənfi 13.4 punkta kimi yüksəlib, Avrozona üzrə mənfi 20.9 punktdan mənfi 18.2 punkta yüksəlib. 


Mütəxəssislər göstəricinin Almaniya və Avrozonada müvafiq olaraq mənfi 14.1 və 18.2 punkta kimi yüksələcəyi proqnozlaşdırırdılar. Beləliklə, göstəricilər sıfırın altına qalmasına baxmayaraq, proqnozları üstələməsi müsbət qiymətləndirilə bilər. Sıfırın üzərində yayımlanan əmsal nikbinliyə, altında isə iqtisadi bədbinliyə dair işarədir. 


Qeyd etmək lazımdır ki, dekabr və yanvar ayı üzrə fundamental göstəricilərin mənfi açıqlanmasına baxmayaraq, yuxarıdaki göstərici fevral ayı üzrə iqtisadiyyatı daha tez ölçən önəmli göstərici hesab edilir.