Almaniya və Fransa Avrozona büdcəsində razılaşdılar

22 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa büdcəsi fonunda yayılan yeni xəbərin, müsbət impulslara səbəb ola biləcəyi gözlənilir.

Almaniya və Fransa Avrozona büdcəsində razılaşdılar

Almaniya və Fransa Avrozonanın yeni büdcə siyasətində razılaşıblar. 


Dörd səhifəlik sənəd Avropa Birliyinin büdcəsində yeni imkanlar açacaq və üzv ölkələrdə islahatları təmin edəcək. Bununla da iqtisadi inkişaf sürətlənəcək və ölkələrin rəqabət qabiliyyətini artıracaqdır. Eyni zamanda, ölkələr arasında fərqlər də azaldılacaqdır.