Almaniya və İspaniyadan yeni inflyasiya göstəriciləri

29 Mart 2018

Son üç ay zəif inflyasiya fonunda təzyiq altında olan avro, mart ayı üzrə göstəricilərin açıqlanmağa başlaması ilə yenidən investorların diqqət mərkəzində.

Almaniya və İspaniyadan yeni inflyasiya göstəriciləri

Almaniya və İspaniyanın cari həftə ərzində açıqlanan inflyasiya göstəricilərində, gözləntilər özünü doğrultmasa da, aylıq müqayisədə artım müşahidə edilir. 


Almaniyanın statistika idarəsinin bu gün yayımladığı məlumatlara əsasən, istehlak qiymətlərini ölçən illik indeks mart ayında 1.4%-dən 1.6%-ə yüksəlib. Lakin analitiklər artımın 1.7%-ə kimi ola biləcəyini proqnozlaşdırırdılar. 


İspaniyanın statistika mərkəzinin çərşənbə axşamı dərc etdiyi məlumatlara əsasən, illik inflyasiya marta ayında baxmayaraq ki, 1.5%-lik artım ehtimal edilirdi, 1.1%-dən yalnız 1.2%-ə kimi yüksələ bilib. 


Məlumatlar dünya birjalarında güclü dalğalanmalara səbəb ola bilməyib. EUR/USD məzənnəsi hal-hazırda 1.23$-ın üzərində ticarət edilməkdədir. Sabah Bakı vaxtı ilə saat 10:45-də isə Fransanın və gələn həftənin çərşənbə günü saat 13:00-da Avrozonanın ümumi inflyasiya səviyyəsi açıqlanacaqdır. 


Qeyd etmək lazımdır ki, ümumilikdə Avrozonada ən böyük iqtisadiyyata sahib Almaniya və Fransada illik artım dinamikası fevral ayında müvafiq olaraq 1.4% və 1.2%-ə çataraq, 1.2% təşkil edirdi. Böhran ölkəsi kimi tanınan İspaniyada isə inflyasiyanın artıq Avrozonanın yuxarı sərhədinə yaxınlaşdığının şahidi oluruq. Bununla yanaşı, yuxarı sərhədin üzərində olan ölkələr Litva (3.5%), Estoniya (3.1%), Slovakiyadır (2.4%), Latviya (1.8%), Avstriya (1.8%), Belçikada (1.5%), Malta (1.2%), Hollandiya (1.2%) və Sloveniyadır (1.2%). İnflyasiya ən aşağı olan və deflyasiya hökm sürən ölkələr isə Luksenburq (1.0%), Finlandiya (0.8%), Portuqaliya (0.6%), İtaliya (0.6%), İrlandiya (0.2%), Yunanıstan (0.1%) və Kıprıs Respublikasıdır (-0.3%).