Almaniya və Rusiya iqtisadi əməkdaşlığı gücləndirir

07 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Almaniya ilə Rusiya arasında anlaşma memorandumu imzalanaması investorların diqqət mərkəzindədir.

Almaniya və Rusiya iqtisadi əməkdaşlığı gücləndirir

Almaniya və Rusiya siyasi gərginliklərin hökm sürdüyü bir şəraitdə illər sonra iki ölkə arasında iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün birgə sənəd imzalayıblar. 


Almaniyanın iqtisadiyyat naziri Peter Altmaier və rusiyalı həmkarı Maksim Oreşkin cümə günü St. Petersburqda baş tutan iqtisadi forumda səmərəli tərəfdaşlıq üçün anlaşma memorandumu imzalayıblar. Sənədə əsasən, alman texnologiyaları ilə Rusiya iqtisadiyyatına dəstək olunacaqdır. 


Lakin almaniyalı nazir Ukrayna konflikti fonunda Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını da bildirib.