Almaniya: Xarici ticarət profisiti azalmaqda davam edir

07 Avqust 2018

Almaniyanın ixrac həcmində artımın olmaması və idxalda artımın sabit qalması, ümumilikdə xarici ticarətdə müsbət balansının azalmasına təsir edib.

Almaniya: Xarici ticarət profisiti azalmaqda davam edir

Almaniyanın federal statistika idarəsinin çərşənbə axşamı verdiyi məlumata görə, Almaniyada müsbət ticarət balansı iyun ayında 20.4 trilyon avrodan 19.3 trilyon avroya düşüb. Bu isə son bir ilin ən aşağı səviyyəsidir. Cari ilin minimum səviyyəsi isə aprel ayında qeydə alınan 19.0 trilyon avroluq dövriyyədir. Mart ayında profisit 21.6 trilyon avro ilə 2018-ci ilin pik səviyyəsi hesab edilir. 


Ticarət dövriyyəsinin azalmasına səbəb Almaniyanın ixrac həcmində artımın olmaması, idxal həcminin isə 1.2% artmasıdır. Bununla yanaşı, sənaye istehsalı və fabrik sifarişləri iyun ayında müvafiq olaraq 0.9% və 4.0% azalıb. Ümumiyyətlə isə dünyada ABŞ tərəfindən əsası qoyulan xarici ticarət şərtlərinin sərtləşdirilməsi siyasəti dünya və Almaniya, ABŞ kimi ölkələrin iqtisadiyyatlarına zərər verməkdədir. 


Qeyd etmək lazımdır ki, Almaniya iqtisadiyyatındakı tendensiya ilə Amerika iqtisadiyyatı müqayisə olunduğu zamanı, EUR/USD məzənnəsinin daha da ucuzlaşa biləcəyi proqnozları güclənir. Bu gün Almaniyanın ticarətində müsbət saldosunun azalması xəbərləri Avropada inflyasiyanın mənfi təsir altında olacağına işarədir. İqtisadi araşdırmalar institutu "Ifo" (Almaniya, Münxen) iyun ayı hesabatında da 2018-ci il üzrə iqtisadi inkişaf proqnozlarını 2.6%-dən 1.8%-ə salıb. 


EUR/USD məzənnəsi son bir ayı ərzində 2% ucuzlaşaraq, bu gün 1.1560$-ın altında ticarət edilir. Bu gün də gün daxili volatilliyin beynəlxalıq valyuta birjalarında arta biləcəyi gözlənilir. Belə ki, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikanın boş iş yerləri ilə bağlı vacib statistik göstəricilər açıqlanacaqdır.