Almaniyada inflyasiya 1.4%-ə çatdı

30 Yanvar 2019

Almaniyada istehlak qiymətləri indeksinin aylıq müqayisədə 0.8% azalması, illik artım dinamikasının da 1.4%-ə kimi azalmasına səbəb olub.

Almaniyada inflyasiya 1.4%-ə çatdı

Almaniyada istehlak qiymətləri yanvar ayında aylıq müqayisədə 0.8% azalıb. Bu, 0.9%-lik azalma gözləntiləri qarşılığında yaxşı göstərici hesab edilsə də 2015-ci ilin fevral ayından bugünə kimi ən yüksək azalma göstəricisidir. 


Beləliklə, Avrozonanın ən güclü iqtisadiyyatına sahib Almaniyada illik inflyasiya göstəricisi 1.4%-ə çatıb. Bu göstərici 2018-ci ilin oktyabr ayında 2.5% idi. 


Qeyd etmək lazımdır ki, Avrozona üzrə ümumi inflyasiya ilə bağlı göstəricilərin isə cümə günü saat 14:00-da açıqlanacaqdır. Avropa Mərkəzi Bankı da yumşaq monetar siyasəti ilə illərdir 2%-lik inflyasiya hədəfləyir. Sonuncu dəfə açıqlanan göstəricilərə əsasən, Avrozonada inflyasiya dekabr ayında 1.6% olub.