Almaniyada inflyasiya 1.6%-ə yüksəldi

28 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Avrozona iqtisadiyyatına dair Almaniyadan müsbət fundamental məlumatlar açıqlanıb.

Almaniyada inflyasiya 1.6%-ə yüksəldi

Almaniyada inflyasiya fevral ayında artaraq, illik dinamikanın yüksəlməsinə səbəb olub. 


Almaniyanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, fevral ayında istehlak qiymətləri indeksi aylıq müqayisədə 0.5% artıb və illik göstəricinin 1.6%-ə yüksəlməsinə səbəb olub. Yanvar ayında illik inflyasiya 1.4% idi. 


İqtisadçilar da aylıq dinamikanın mənfi səviyyədən müsbət səviyyəyə yüksələcəyini proqnozlaşdırırdılarsa, illik dinamikanın yalnız 1.5%-ə çata biləcəyini ehtimal edirdilər.