Almaniyada inflyasiya 2.0%-dən 1.4%-ə düşüb

13 İyun 2019

Almaniyada inflyasiyanın may ayında azalması Avrozonada iqtisadi risklərin artmasına işarədir.

Almaniyada inflyasiya 2.0%-dən 1.4%-ə düşüb

Almaniya hökümətinin cümə axşamı günü açıqladığı rəsmi məlumatlara əsasən, may ayında istehlak qiymətləri indeksi aylıq müqayisədə 0.2%, illik müqayisədə 1.4% artıb. Sözügedən göstəricilər aprel ayında 1.0 və 2.0% olmuşdu. 


Mütəxəssislər də qiymətlərin aylıq artım dinamikasının 0.2%-ə kimi azalaraq, illik inflyasiyanın 2.0%-dən 1.4%-ə kimi azalmasını proqnozlaşdırırdılar.