Almaniyada inflyasiya 2%-ə yüksəldi

01 May 2019

Beynəlxalq maliyyə bazarlarında Avrozonanın ən böyük iqtisadiyyatında inflyasiya son dörd ayın maksimum səviyyəsinə yüksəlib.

Almaniyada inflyasiya 2%-ə yüksəldi

Almaniyanın statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə istehlak qiymətləri indeksi aprel ayında aylıq müqayisədə 1.0% artıb. İnflyasiyanın bu aylıq artım dinamikası son 14 ilin maksimum səviyyəsi hesab edilir. 


Mart ayında bu göstərici 0.4% idi və iqtisadçılar 0.5%-ə kimi artım proqnozlaşdırırdılar. 


Beləliklə, Almaniyada illik inflyasiya da aprel ayında 1.6% proqnozlaşdırılmasına baxçayaraq, 1.3%-dən 2.0%-ə yüksəlib. 


Qeyd etmək lazımdır ki, Almaniyada inflyasiya 2018-ci ilin oktyabr ayında 2.5% ilə son on ilin maksimum səviyyəsinə kimi yüksəldikdən sonra azalmağa başlamış və mart ayında 1.3%-ə çatmışdır.