Almaniyada inflyasiya proqnozlaşdırılandan zəif olub

28 Mart 2019

Almaniyada inflyasiyanın aylıq artım dinamikası proqnozları doğrultmayıb və keçən ayın göstəricilərinə bərabər açıqlanıb.

Almaniyada inflyasiya proqnozlaşdırılandan zəif olub

Almaniya hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi mart ayında aylıq müqayisədə 0.4%, illik müqayisədə isə 1.3% artıb. Fevral ayında da sözügedən göstəricilər açıqlanmışdı.


Lakin mütəxəssislər aylıq və illik göstəricilərin müvafiq olaraq 0.6 və 1.6%-ə yüksələcəyini proqnozlaşdırırdılar.