Almaniyada iqtisadi inkişaf dinamikası zəifləyə bilər

18 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Almaniya mərkəzi bankının açıqladığı gələcək 6 aylıq hesabatı mənfi təsirlərə səbəb ola bilər.

Almaniyada iqtisadi inkişaf dinamikası zəifləyə bilər

Bundesbank aylıq hesabatını açıqlayıb. Hesabata əsasən, Almaniyada iqtisadi artım 2019-cu ilin birinci yarısında zəifləyə bilər. 


İqtisadi artım tempi enişə meyillidir, amma bu yavaşlamanın böhrana keçəcəyi əlamətləri yoxdur.


Açıqlamaya əsasən, biznes sahəsində gözləntilərin pisləşməsi, investisiyalarda öz mənfi əksini tapa bilər.