Almaniyada iqtisadi inkişaf sürəti 0.9%-ə düşüb

22 Fevral 2019

Dünyada siyasi və iqtisadi risklər Almaniya iqtisadiyyatına da mənfi təsir göstərməkdə davam edir. Almaniyada iqtisadi inkişaf 2.3%-dən 0.9%-ə düşüb.

Almaniyada iqtisadi inkişaf sürəti 0.9%-ə düşüb

Almaniyada iqtisadi inkişaf sürəti azalmaqda davam edir. Almaniya statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən,  ÜDM 2018-ci ilin dördüncü rübündə rüblük müqayisədə artmayıb, illik müqayisədə isə 0.9% artıb. Beləliklə, Almaniyada iqtisadi inkişaf dinamikası son bir ilin minimum səviyəsinə düşüb. 2017-ci ildə Almaniyanın ÜDM-ində illik müqayisədə 2.3%-lik artım olmuşdur. 


Analitiklər də yuxarıda dərc edilən göstəriciləri proqnozlaşdırırdılar. Avrozonada da 2018-ci ildə iqtisadi inkişaf dinamikası 2.7%-dən (2017-ci il) 1.2%-ə kimi zəifləmişdi. 


Qeyd etmək lazımdır ki, ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir.