Almaniyada iqtisadi inkişafın zəifləməsi

22 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən fundamental xəbərlər arasında Almaniyanın iqtisadi inkişaf göstəricisi diqqət mərkəzindədir.

Almaniyada iqtisadi inkişafın zəifləməsi

Bu həftənin önəmli xəbəbrlərindən biri bu gün Bakı vaxtı ilə saat 11.00-da Almaniyadan açıqlanacaq ÜDM-da dəyişiklik ilə əlaqədardır.


Almaniyanın ÜDM-ində illik artım üçüncü rübdə 1.1% olmuşdur. Proqnozlara əsasən, dördüncü rübdə bu artım 0.9%-ə düşə bilər.


Göstəricilərin proqnozlardan daha yüksək açıqalanması, EUR/USD cütlüyü qiymətinin 1.1405 və1.1470$-a kimi bahalaşmasına səbəb ola bilər.


Qiymətlərin gözlənti ilə eyni və ya daha aşağı açıqlanması isə avronun 1.1230-a kimi ucuzlaşmasına səbəb ola bilər.