Almaniyada işgüzarlıq göstəricisi diqqət mərkəzində

21 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Almaniyadan dərc ediləcək biznes aktivliyi indeksi investorların diqqət mərkəzindədir və önəmli hesab edilir.

Almaniyada işgüzarlıq göstəricisi diqqət mərkəzində

Bu gün Bakı vaxtı ilə saat 12.30-da açıqlanacaq Almaniya Biznes Aktivliyi İndeksi (ing.: “PMI”) bazar iştirakçılarının diqqət mərkəzindədir.


Qeyd edək ki, göstərici Almaniyada sənaye sektorunda işgüzarlıq səviyyəsini ölçür.


50-dən yuxarı olan hər hansı bir dəyər istehsalın genişlənməsini, 50-dən aşağı dəyərlər isə azalmasını göstərir.


Qiymətlərin gözləniləndən daha yüksək açıqlanması, avro üçün pozitiv, daha aşağı açıqlanması isə neqativ dəyərləndirilir.