Almaniyada işsizlik 4.9%-ə düşdü

29 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Almaniyanın əmək bazarı ilə bağlı böyük maraqla gözlənilən statistik göstəricilər müsbət açıqlanıb.

Almaniyada işsizlik 4.9%-ə düşdü

Almaniyada işsizlik səviyyəsində azalma proqnozlaşdırılandan zəif olsa da ümumi işsizlik səviyyəsində azalma qeydə alınıb. 


Almaniya hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, mart ayında işsizlik səviyyəsi 7 min nəfər azalaraq, ümumi göstərici 5.0%-dən 4.9%-ə düşüb. 


Mütəxəssislər 10 min nəfər azalma və işsizlik səviyyəsinin də 4.9%-ə düşəcəyini proqnozlaşdırırdılar.