Almaniyada işsizlik 5.0%-ə düşdü

29 Noyabr 2018

Almaniyanın əmək bazarı ilə bağlı məlumatların müsbət açıqlanmasından sonra avronun qiymətləri dünya birjalarında 0.5%-ə kimi bahalaşıb.

Almaniyada işsizlik 5.0%-ə düşdü

Almaniyanın statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, ölkəsində işsizlərin sayı noyabr ayında 16 min nəfər azalıb. Mütəxəssislər isə 10 min nəfərlik azalma gözləyirdilər. İşsizlərin sayında gözlənilməz azalma, ölkədə ümumi işsizlik səviyyəsinin də 5.0%-ə kimi 0.1% azalmasına səbəb olub. 


Bununla yanaşı, noyabr ayında Almaniyada inflyasiyanın illik artım dinamikasının 2.5%-dən 2.3%-ə düşüb. Lakin əmək bazarında müsbət tendensiya inflyasiyada müşahidə edilən azalmanı kölgədə qoyub və inflyasiyanın gələcək aylarda yenidən arta biləcəyinə işarədir. 


Qeyd etmək lazımdır ki, Avropada inflyasiyanın son aylar artmasının əsas səbəbi enerji bazarlarında neft qiymətlərinin bahalaşması idi. Enerji bazarlarında son günlər neft qiymətlərinin ucuzlaşması, görünür, özünü inflyasiyanın da azalmasında göstərməyə başlayıb. 


Məlumatlardan sonra EUR/USD məzənnəsi 1.1401$-a kimi 0.5% bahalaşmasına səbəb olub.