Almaniyada işsizlik artmaqda davam edir - 6.3%

03 İyun 2020

Almaniyanın əmək bazarında işsizlik proqnozlaşdırılandan daha sürətlə artmaqda davam edir.

Almaniyada işsizlik artmaqda davam edir - 6.3%

Almaniyanın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, may ayında işsizlərin sayı 238 min nəfər artaraq, ümumi işsizlik səviyyəsinin 6.3%-ə yüksəlməsinə səbəb olub.  Mütəxəssislər isə yalnız 200 min nəfərlik artım ilə işsizliyin 6.2%-ə yüksələcəyini proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, aprel ayında da işsizlik səviyyəsi proqnozlardan zəif açıqlanmışdır. Göstəricinin proqnozlaşdırılandan zəif açıqlanması, gələcək dövr ərzində də mənfi açıqlanmaqda davam edəcəyi ehtimallarını artırır.