Almaniyada işsizlikdə azalma gözlənilir

29 Mart 2019

Beynəlxalq valyuta birjalarında bu gün açıqlanacaq önəmli məlumatlar arasında Almaniyanın əmək bazarına dair göstəricilər də yer alır.

Almaniyada işsizlikdə azalma gözlənilir

Bu gün Bakı vaxtı ilə saat 12:55-də Almaniyada işsizlik səviyyəsi ilə bağlı statistik rəqəmlər dərc ediləcəkdir. Analitiklər Almaniyada mövsümi iş yerləri istisna olmaqla ümumi işsizlik səviyyəsinin 0.1% azalaraq 4.9% olacağını proqnozlaşdırırlar. Ehtimallar özünü doğruldarsa, avro dünya maliyyə bazarlarında dəyər qazana bilər.