Almaniyada sənaye istehsalı apreldə 1.9% azalıb

07 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Almaniyanın sənaye sektorunda istehsal proqnozlaşdırılandan daha çox azalması investorların diqqət mərkəzindədir.

Almaniyada sənaye istehsalı apreldə 1.9% azalıb

Almaniya hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə sənaye istehsalı aprel ayında 1.9% azalıb və xarici ticarətdə müsbət saldo 17 milyard avroya kimi 3 milyard avro azalıb. 


Mütəxəssislər aprel ayında sənayenin yalnız 0.4% və müsbət saldonun yalnız 1.4 milyard avro azalacağını proqnozlaşdırırdılar. 


Qeyd etmək lazımdır ki, EUR/USD məzənnəsi aprel ayında 1.1320$-a kimi bahalaşdıqdan sonra 1.1109$-a kimi ucuzlaşmışdır.